Millətlər Liqası çərçivəsində qarşıdakı günlərdə Yunanıstan və Finlandiya ilə qarşılaşacaq İngiltərə millisi ciddi itkilərlə üzləşib.
Fanat.Az "Sports24"-ə istinadən xəbər verir ki, yığmanın 3 üzvü bu görüşlərdə iştirak etməyəcək.
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Meyn, "Aston Villa"nın müdafiəçisi Ezri Konsa və "Nottingem Forest"in yarımmüdafiəçisi Morqan Qibbs-Uayt zədə səbəbindən klublarının düşərgəsinə dönüblər.
İngiltərə oktyabrın 10-da Yunanıstanı qonaq edəcək, 13-də isə Finlandiyaya yollanacaq.