"Barselona"nın və İspaniya millisinin sabiq yarımmmüdafiəçisi, 40 yaşında karyerasını bitirən Andres İnyesta gələcək planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:
"Futboldan çox uzaqda qala bilmərəm. Futbol mənim həyatımdır. Müxtəlif layihələr üzərində işləyirik. Karyeramı bitirsəm də, məşqlərə davam etməyə həvəsim var. Bundan başqa, həm də oxumalıyam. Klublarımızın, akademuyalarımızın layihələrində iştirak etməkdə maraqlıyam. Ənənəni qorumaq istəyirəm. Məşqçilik kurslarından başlayacam və həyatın növbəti mərhələsinə hazırlaşacam".
1996-2018-ci illər aralığında "Barselona"da olan ulduz veteran daha sonra Yaponiyanın "Vissel Kobe" komandasının şərəfini qoruyub. İnyesta son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" klubunun uğurları üçün çalışıb. O, İspaniya millisi ilə 2 dəfə Avropa, 1 dəfə dünya çempionluğunu bayram edib.
Nihat