"Uşaqların yanında siqaret çəkmirəm, onlara pis nümunə olmaq istəmirəm".
Fanat.Az xəbər verir ki, bunu "Barselona"nın qapıçısı Voytsex Şensnı deyib.
Yayda karyerasını bitirdiyini açıqlasa da, oktyabrın 2-də Kataloniya təmsilçisinə qoşulan və müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə imza atan polşalı qolkiperin zərərli vərdişi barədə açıqlamasını tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Bəzən əlimdə siqaret olanda insanlar ağacların arxasında gizlənərək şəklimi çəkirlər. Onları heç görmürəm... Bunu gizlətməyə, siqaret çəkdiyimi insanlara göstərməməyə çalışıram. Kimsə siqaret çəkdiyim zaman şəklimin çəkilməsinin şəxsi həyatıma təsir edəcəyini düşünürsə, yanılır. Əvvəllər heç bir təsiri olmayıb. İnanmırlarsa, yenidən yoxlaya bilərlər".
Nihat