"Mançester Yunayted" qışda heyətini gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" PSJ-nin hücumçusu Randal Kolo-Muanini heyətinə qatmağı planlaşdırır.
"Transfer News Live"-in məlumatına görə, İngiltərə nəhəngi forvardın keçidini reallaşdırmaq üçün 70 milyon avro hazırlayıb.
Kolo-Muani 2024/2025 mövsümündə Fransa çempionatında və Çempionlar Liqasında PSJ-nin heyətində 9 oyun keçirib. Hücumçu bu görüşlərdə 2 qol vurub.
Qeyd edək ki, “Mançester Yunayted” yeni mövsümə uğursuz başlayıb. Hazırda komanda Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir. Komandanın baş məşqçisi Erik ten Haqın istefaya göndəriləcəyi gözlənilir.
Mirağa