"Barselona"nın sabiq çalışdırıcısı Xavi və Kataloniya təmsilçisinin prezidenti Joan Laporta 40 yaşında karyerasını bitirən Andres İnyestanın futbolla vidalaşdığı tədbirdə üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən ispaniyalı jurnalist Xavi Migel yayıb.
Məlumata görə, tədbir başlamamışdan öncə qarşılaşan tərəflər bir-biri ilə salamlaşmayıblar.
Xatırladaq ki, Xavi "Barselona"nın baş məşqçi postunu mayda tərk edib. İspaniya mətbuatında Laportanın sabiq yarımmüdafiəçi ilə əməkdaşlığa transfer tələbləri səbəbindən son qoyduğu barədə məlumatlar dərc edilib.
Nihat