"Liverpul"un niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberx İngiltərə Premyer Liqası ilə Almaniya Bundesliqasını müqayisə edib.
Fanat.Az xəbər verir ki, "Mirror" onun sözlərini belə çatdırıb:
"İngiltərə futbolu daha sürətlidir. Burada oynamaq çətindir. Topun səndə olub-olmamasının heç bir önəmi yoxdur. İPL-də pressinq də daha aqressivdir. Bundesliqada düşünməyə vaxtın olur, burada isə yox. Hər şeyə tez qərar verməlisən. Hər şey uyğunlaşmadan asılıdır".
Qeyd edək ki, Qravenberx "Ayaks" akademiyasının yetirməsidir. O, 2022/2023 mövsümünü "Bayern Münhen"də keçirib.
Nihat