İspaniya Futbol Federasiyası ölkə Superkuboku finalında əlavə vaxtı ləğv edib.
Fanat.Az xəbər verir ki, yeni qaydalara əsasən həlledici matçların əsas vaxtı heç-heçə bitərsə, oyunsonrası penaltilərə müraciət ediləcək.
Qeyd edək ki, 2019/2020 mövsümdən bu yana İspaniya Superkubokunda 4 komanda mübarizə aparır. Turnirin son qalibi "Real Madrid" olub.