"Napoli”nin cinah hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı oyunçusu olub.
Fanat.Az xəbər verir ki, 23 yaşlı gürcü ötən ay keçirdiyi 3 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, səsvermədə Qleyson Bremer ("Yuventus"), Santyaqo Kastro ("Bolonya"), Patrik Kutrone ("Komo"), Federiko Dimarko ("İnter") və Kristian Pulişiçi ("Milan") qabaqlayıb.