Oktyabrın 10-da Millətlər Liqasının 3-cü turunun Norveç və Sloveniya matçı baş tutub.
Fanat.Az xəbər verir ki, norveçlilərin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə dubl müəllifi olan Erlinq Holand sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.
Millinin heyətində 34-cü qolunu vuraraq, Norveç tarixinin bombardiri olan 24 yaşlı forvard oyundan sonra tezliklə ata olacağına eyham vurduğu fotosunu yayımlayıb.
“Mançester Siti”nin forvardının həyat yoldaşı İzabel Yohansendir.