“Fiorentina”nın və İslandiya yığmasının hücumçusu Albert Qudmundsson cinsi təcavüzdə təqsirli bilinməyib.
Fanat.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Günahsızam. Bu, Reykyavik Rayon Məhkəməsinin bu gün çıxardığı qərardır. İşin müsbət nəticələnəcəyinə həmişə əmin olsam da, məhkəmənin qərarı mənə daha da rahatlıq verdi.
Düzünü desəm, psixoloji cəhətdən asan olmayan çətin bir il oldu. Amma başa düşdüm ki, ailəm və dostlarım mənim üçün hər şeydir və onlara həmişə minnətdar olacağam. Sonda qeyd etmək istərdim ki, mən heç vaxt zorakılığın heç bir formasını qəbul etmirəm.
İki uşaq atası, o cümlədən bir azyaşlı qızı və üç kiçik bacısı olan biri kimi ürəkdən ümid edirəm ki, bu iş həqiqətən də zorakılığın qurbanı olan digər qadınlara heç bir zərər verməz. İndi həyatıma davam edə və ən yaxşı etdiyim işə diqqətimi ayıra bilərəm. Sevgilərlə, Albert”.
İddia edilən cinsi qısnama 2023-cü ilin yayında İslandiyada baş verib. O vaxtdan bəri işə Reykyavik məhkəməsi baxırdı.
Qudmundsson keçən yay "Cenoa"dan icarə əsasında "Fiorentina"ya keçib. O, bu mövsüm dörd oyun keçirib və üç qol vurub.
Mirağa