İngiltərə millisinin müvəqqəti baş məşqçisi Li Karsli postunda qalmaq istəmədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis əvvəlki iş yerinə qayıtmaq istəyir.
“Teleqraf” Millətlər Liqası çərçivəsində Yunanıstanla oyundan sonra baş tutan mətbuat konfransındakı dediklərini belə çatdırıb: “Mənim vəzifəm əvvəldən aydın idi - üç təlim-məşq toplanışı keçirmək. Qarşıda üç oyun var, ondan sonra U-21 komandasına qayıdacağam. Bununla bağlı mövqeyim dəyişməyib”.
Karsli bu ilin yayından - Qaret Sautqeytin gedişindən sonra İngiltərəyə rəhbərlik edir. Komanda son matçında Yunanıstana 1:2 hesabı ilə uduzub.
İngiltərə Futbol Assosiasiyası milli komandanın baş məşqçisi vəzifəsinə namizədlərə baxmağa davam edir. Qrem Potter və Eddi Hau bu vəzifəyə əsas namizədlərdir.
Mirağa