İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu bəllidir.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ayın ən yaxşısı adına “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer layiq görülüb.
Qeyd edək ki, Koul sentyabrda İngiltərə Premyer Liqasının 4 oyununa çıxaraq 5 qol vurub və 1 qolun ötürməsini edib. Onun komandası isə 3 qələbə 1 heç-heçə ilə yadda qalıb. Palmerin baş məşqçisi Entso Mareska sentyabrın ən yaxşı məşqçisi olub.