"Barselona" klubunun “Kamp Nou” stadionunun tikintisində çalışan fəhlələr arasında dava düşüb.
Fanat.Az "Cadena COPE"-yə istinadən xəbər verir ki, hadisə Rumıniya və Albaniyadan olan işçi qrupları arasında qeydə alınıb.
20 nəfərin iştirak etdiyi davada 6 nəfər yüngül xəsarət alıb. Dalaşan işçilərin hamısı qovulublar.
Qeyd edək ki, "Kamp Nou" 2023-cü ilin yayından təmirə bağlanıb. Yenidənqurma işlərinin 2026-cı ildə başa çatacağı gözlənilir.