"Barselona"nın yeni qapıçısı Voytsex Şesnı "Yuventus"un keçən yay onunla müqaviləni yeniləməməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Nikola Skira 34 yaşlı polşalının dediklərini belə çatdırıb:
“Yuventus”u təmsil etmək imtiyazdır. Klub dedi ki, mən çox bahalıyam, onların isə maliyyə problemləri var. Beləliklə, bir həll yolu tapdıq. Mən qala bilərdim və pul da ala bilərdim. Amma şəxsi münasibətlərə önəm verirəm. "Yuventus"da mənə hörmət bəsləyirdilər".
Xatırladaq ki, Şesnı 7 illik çıxışından sonra "Yuventus"dan ötən ilin yayında azad agent kimi ayrılıb. O, bu müddət ərzində Turin klubunda 252 oyun keçirib, onlardan 103-də qapısını toxunulmaz saxlayıb və 233 qol buraxıb. Polşalı "Yuventus"la 3 dəfə İtaliya çempionu olub.
Mirağa