"Arsenal"ın zədəli kapitanı Martin Edeqor komandanın sıralarına nə vaxt dönəcəyi bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Xəbərə görə, o, noyabrda oynaya biləcək.
Norveç millisinin üzvü sentyabrda Millətlər Liqasında qrup mərhələsinin ll turunda Avstriyaya qarşı oyunda topuğundan zədələnmişdi.
Qeyd edək ki, London təmsilçisi oktyabrın 27-də İngiltərə Premyer Liqasında "Liverpul"la qarşılaşacaq.