Portuqaliya millisinin superulduzu Kriştianu Ronaldu yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı hücumçu milli forma ilə rəsmi matçlarda 100 qələbə qazanan ilk futbolçu olub.
Kriştianu bunu ötən gün Millətlər Liqasında baş tutan Polşa ilə görüşdə reallaşdırıb. Bundan əlavə o, yoldaşlıq oyunları da daxil olmaqla, qələbələrin sayına görə İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramosun rekordunu (131) təkrarlayıb.
Qeyd edək ki, Polşa - Poruqaliya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. K.Ronaldu görüşün 37-ci dəqiqəsində fərqlənib.