London "Çelsi"sinin müdafiəçisi Ris Ceyms klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı futbolçu agentləri vasitəsilə “Barselona” və ya “Benfika”ya keçmək imkanlarını araşdırır.
Ceyms "Çelsi"nin yetirməsidir və 2019-cu ildən əsas komandada oynayır. Müdafiəçi bu mövsüm zədə səbəbindən meydana çıxmayıb. Onun "zadəganlar"la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına qədərdir.
"Transfermarkt" futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.
Mirağa