Dopinq testi müsbət nəticələndiyi üçün 4 illik diskvalifikasiya edilən və bir müddət öncə İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən cəzası 1,5 ilə endirilən Pol Poqbanın yeni potensial iş yeri açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, "Yuventus"la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı danışıq aparan 31 yaşlı yarımmüdafiəçi azad agent qismində "Los-Anceles"ə keçməyə yaxındır. Mənbə MLS təmsilçisinin idarəçilərinin Poqbanın heyətə qatılmasını olduqca vacib saydıqlarını vurğulayıb.
Xatırladaq ki, Fransa millisi ilə dünya çempionu olmuş Pol gələn ilin martından rəsmi matçlarda iştirak edə bilər.
Nihat