UEFA Millətlər Liqasının seçmə mərhələsinin 3-cü turunda səfərdə Kipr yığmasını 3:0 hesabı ilə məğlub edən Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku tarixi rekord müəyyənləşdirib.
Fanat.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) məlumatına istinadən xəbər verir ki, 79 yaşlı mütəxəssis bir milli komandada ən uzun müddət işləmiş məşqçi olub.
Luçesku Rumıniya seçməsini ilk dəfə 1981-ci ilin 11 noyabr tarixində İsveçlə oyuna (0:0) çıxarıb. Həmin vaxtdan Kiprlə matça qədər 42 il 336 gün keçib ki, bu da başqa heç bir mütəxəssisin imza ata bilmədiyi nəticədir. Rumıniyalı çalışdırıcı Paraqvay seçməsinin sabiq baş məşqçisi Manuel Fleytas Soliçi 4 gün qabaqlayıb.
Manuel Fleytas Soliç Paraqvay yığmasının "sükanı arxası"nda ilk dəfə 1922-ci ilin sentyabrında Braziliyaya qarşı matçda (1:1) olubsa, sözügedən komandanı baş məşqçi qismində son dəfə 1965-ci ilin avqustunda Boliviya ilə oyuna (1:2) çıxarıb.
Nihat