"Çelsi"nin futbolçusu Bencamin Çiluell karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, müdafiəçinin xidmətində "Napoli" maraqlıdır. Mənbə baş məşqçi Entso Mareskanın sərəncamında görmək istəmədiyi Bencaminin qışda icarə əsasında Neapol təmsilçisinə keçmək ehtimalının yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, sözügedən futbolçunun "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat