"Mançester Yunayted"in hücumçusu Markus Raşford karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.
Mənbənin məlumatına görə, PSJ ulduz futbolçuyla maraqlanır. Paris nəhəngi yayda hücumu məhz Raşfordla gücləndirməyi planlaşdırır.
PSJ ötən mövsüm Markusu sıralarına cəlb etməyə çalışsa da, “Mançester Yunayted” yüksək məbləğ tələb etdiyi üçün transfer baş tutmamışdı. "Qırmızı şeytanlar" forvardın satışından 120 milyon avro qazanmaq istəyir.
Raşford bu mövsüm "Mançester Yunayted"in heyətində 11 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun ingilis klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Mirağa