Afrika Millətlər Kubokunun seçmə mərhələsində 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, “Zirə”nin futbolçusu Ange Mutsinzinin çıxış etdiyi Ruanda yığması da növbəti matçına çıxıb.
Sözügedən yığma öz meydanında Beninlə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
"Zirə"nin müdafiəçisi qarşılaşmada 90 dəqiqə meydanda olub.
Ruanda hazırda 5 xalla 3-cü pillədə qərarlaşır.
Mutsinzi "Zirə"yə bu yayda Norveçin 2-ci liqa təmsilçisi "Erv"dən keçib.