Almaniya Bundesliqasının son qalibi "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virts zədələnib.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu Millətlər Liqasının IV turunun Almaniya - Niderland matçında (1:0) xəsarət alıb.
Yığmanın baş məşqçisi Julian Nagelsmann "Sky"-a bildirib ki, futbolçunun əzələ bağlarında problemlər var. Virts Münhendə Zədənin dərəcəsini və sağalma müddətini müəyyən etmək üçün ətraflı tibbi müayinədən keçəcək.
Florian Almaniya millisinin heyətində 27 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa