"Real Madrid"də çıxış edən ulduz hücumçu Kilian Mbappeni həbs cəzası gözləyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Cerfia" məlumat yayıb.
Mənbənin məlumatına görə, fransalı hücumçu İsveçin paytaxtı Stokholmdakı zorlama işində təqsirli bilinərsə, 6 ilə qədər həbs cəzası ala bilər.
İsveç polisi sensasion hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mbappe yay "transfer pəncərəsi"ndə "kral klubu"na keçərək 2029-cu ilin ortalarına qədər müddətə müqavilə imzalayıb. Forvard "Real Madrid"in heyətində 11 oyun keçirib, 7 qol vurub.
Mirağa