Hüquqları "Bayern Münhen"ə məxsus olan müdafiəçi Alfonso Devis "Barselona"sının transfer hədəfidir.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fernando Polo sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.
Xəbərə görə, Kataloniya klubunun rəhbərliyi kanadalı müdafiəçinin transferini həyata keçirmək üçün hər cür səy göstərmək niyyətindədirlər. "Real Madrid" Devis uğrunda mübarizədə "Barselona"nın əsas rəqibi hesab olunur.
"Transfermarkt" futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.
Alfonso bu mövsüm səkkiz matçda iştirak edib, bir məhsuldar ötürmə edib.
Mirağa