Bu həftəiçi Tomas Tuxelin təyinatını elən edən İngiltərə Futbol Assosiasiyası millini başqa mütəxəssisə tapşıra bilərmiş.
Fanat.Az xəbər verir ki, məlumatı "MailSport" yayıb.
Mənbənin məlumatına görə, qurum alman məşqçidən əvvəl məşhur italyan çalışdırıcı Karlo Ançelottiyə dəvət göndərib. Ancaq hazırda "Real Madrid"in "sükanı arxası"nda olan Karlo ingilislərin təklifindən imtina edib.
Tomas Tuxel yeni işinin icrasına 2025-ci ilin əvvəlindən başlayacaq.
Qeyd edək ki, Karlo Ançelotti ingilis futbolunu yaxşı bilir. O, Premyer Liqada "Çelsi" və "Everton"u çalışdırıb.
Mirağa