"Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldu sıralarına cəlb etməyi hədəfləyən "Real Madrid"in bu planı baş tutmayacağı halda, klub rəhbərliyi digər 3 variantdan biri üzərində dayanacaq.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən ispaniyalı jurnalist Mario Kortexano yayıb.
Xəbərə görə, bunlar Pedro Porro ("Tottenhem"), Ceremi Frimponq ("Bayer Leverkuzen") və Xuanlu Sançesdir ("Sevilya").
Xatırladaq ki, Aleksander-Arnoldun "Liverpul"la müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. İngiltərə mətbuatında onun artıq "Real"a keçməyə şifahi razılıq verdiyi, transferin yanvarda reallaşa biləcəyi ilə bağlı informasiyalar dərc edilib.
Nihat