"Barselona"nın ötən həftə sağ baldır əzələsindən zədə alan hücumçusu Robert Levandovskinin son vəziyyətinə aydınlıq gəlib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 36 yaşlı polşalı artıq kollektiv məşqlərə başlayıb.
Təcrübəli forvardın oktyabrın 20-də "Sevilya" ilə oyunda meydana çıxacağı bildirilib.
Qeyd edək ki, Levandovski bu mövsüm “Barselona”da 11 oyuna çıxaraq 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. qolun ötürməsini edib. Sözügedən oyunçu hazırda La Liqanın bombardirlər cədvəlinə başçılıq edir.