İspaniyanın "Valensiya" klubunun sahibi Peter Lima komandanı maliyyələşdirməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Espana" yayıb.
La Liqa klubu rəsmi olaraq transfer bazarına daxil olub.
Sinqapurlu milyarder on ilə yaxındır klubu maliyələşdirirdi.
Hazırda "Valensiya"nın 340 milyon avro məbləğində borcu var. Həm də “yarasalar” stadionun yenidən qurulmasını başa çatdırmayıblar ki, burada da külli miqdarda vəsait ayrılmalıdır.
"Valensiya" İspaniya çempionatının turnir cədvəlində səkkizinci yerdədir. Doqquz turdan sonra komanda cəmi altı xal toplayıb.
Mirağa