Portuqaliyalı ulduz Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr"
Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunda səfərdə "Əl-Şəbab"ın qonağı olub.
Fanat.Az xəbər verir ki, görüş Ronaldunun 2:1 hesablı qələbəsiylə başa çatıb.
Oyunda yekun nəticə məhz Kriştianun 90+7-ci dəqiqədə "11 metrə"dən vurduğu qolla müəyyənləşib.
Qeyd edək ki, yeddi oyundan sonra "Əl-Nəsr" 17 xal toplayaraq ikinci pillədə qərarlaşıb.