Londonun “Arsenal” klubu “Atalanta”nın yarımmüdafiəçisi Şarl de Ketelare ilə yaxından maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı "TeamTalk" yayıb.
Mənbənin məlumatına görə", "topçular"ın baş məşqçisi Mikel Arteta şəxsən futbolçunu bəyənib. İspan mütəxəssis belçikalının oyun üslubunun pərəstişkarıdır. London klubu futbolçunu qışda transfer etməyi hədəfləyir.
Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
“Mançester Siti”, “Tottenhem”, “Nyukasl” və “Vest Hem” də yarımmüdafiəçini almağı düşünür.
Ümumilikdə belçikalı "Atalanta"nın heyətində 60 oyun keçirib. Onun aktivində 15 qol və 12 məhsuldar ötürmə var. "Transfermarkt" futbolçununu dəyərini 34 milyon avro qiymətləndirir.
Şarl Belçika millisində 20 oyun keçirib.
Mirağa