Fransa millisinin heyətində dünya çempionu, "Real Madrid"in və "Mançester Yunayted"in sabiq müdafiəçisi Rafael Varan bundan sonra klub idarəedicisi olacaq.
Fanat.Az xəbər verir ki, o, "Komo"nun direktorlar şurasında yer alıb.
Məlumatı İtaliya klubunun mətbuat xidməti yayıb.
Varan keçən yay azad agent kimi "Komo"ya keçdi, lakin daimi zədələr səbəbindən sentyabrın 25-də, 31 yaşında karyerasını bitirib.
Klubun rəsmi saytının məlumatına görə, Varan gənclər futbolu ilə bağlı layihələrdə iştirak edəcək, həmçinin rəqəmsal məhsulların təkmilləşdirilməsinə kömək edəcək və azarkeşlərlə əlaqələndirici olacaq.
Mirağa