Futbolçu karyerasını 2023-cü ildə başa vuran əfsanəvi isveçli hücumçu Zlatan İbrahimoviç peşəkar boksa keçməyi düşünür.
Fanat.Az xəbər verir ki, məlumatı "Boxing Social" yayıb.
Mənbənin məlumatına görə, artıq "Misfits Boxing" İbrahimoviç üçün potensial boks matçı ilə bağlı danışıqlar aparır. Klubun həmtəsisçisi Mams Taylor məlumatı təsdiqləyərək bildirib ki, artıq müzakirələr aparılıb və Zlatan rinqdə yeni çağırışlarla maraqlanır.
İbrahimoviçin döyüş sənətlərində təcrübəsi olduğunu da qeyd etmək lazımdır. O, vaxtilə taekvondo üzrə fəxri qara kəmər alıb.
Mirağa