Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon" Cənubi Koreya çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, futbolçumuzun komandası 34-cü tur çərçivəsində “Jeonbuk”la qarşılaşıb.
“Daejeon” rəqibinə səfərdə qalib gəlib – 2:0.
Anton bu görüşün 85-ci dəqiqəsində meydana çıxıb. Bununla belə, o, komandasının 90+4-cü dəqiqədə vurduğu ikinci qolda məhsuldar ötürmə ilə yadda qalıb.
“Daejeon” 34 oyuna topladığı 38 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda 34 oyunda 9 qələbə qazanıb, 11 heç-heç edib, 14 məğlubiyyətə üzülüb.