"Barselona”nın ağır zədə alan qapıçısı Mark-Andre ter Ştegen bərpa prosesi çərçivəsində meydanda məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya klubunun mətbuat xidməti yayıb.
Xatırladaq ki, ter Ştegen La Liqanın 6-cı turunda “Vilyarreal”a qarşı keçirdikləri matçda (1:5) dizindən xəsarət alaraq sıradan çıxıb.