"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqada 200 oyun keçirən ilk italiyalı mütəxəssis olub.
Fanat.Az xəbər verir ki, 65 yaşlı italiyalı bu nəticəyə ölkə çempionatının X turunda "Selta"ya qarşı keçirdikləri görüşdə imza atıb.
Ançelotti həm də "Kral klubu"nun sabiq baş məşqçisi Migel Munosdan sonra (424 oyun) Madrid təmsilçisini ən çox oyuna çıxaran ikinci mütəxəssis olub.
Qeyd edək ki, "Real" La Liqada 24 xalla ikinci sırada yer alıb.