Səudiyyə Ərəbistan millisinin baş məşqçisi Roberto Mançini istefaya göndəriləcəyi halda, 30 milyon avro təzminat alacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calcio e Finanza" yayıb.
Xəbərə görə, 59 yaşlı italiyalı mütəxəssisin yaxın zamanda qovulacağı gözlənilir. Mənbə hazırda bu yöndə danışıqlar aparıldığını vurğulayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistan millisi Bəhreynlə oyunda heç-heçə etdikdən sonra (0:0) federasiya prezidenti bu cür nəticələrin qəbulolunmaz olduğunu bildirib.