"Liverpul" klubu eyni anda "Real Madrid"in iki oyunçusu ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, mersisaydlılar fransalı yarımmüdafiəçi Orelyen Tçuameni və braziliyalı hücumçu Rodriqonu hədəf seçib. Hücumçu gələn yay komandasını dəyişə biləcək misirli Məhəmməd Salaha alternativ kimi görünür.
Rodriqonun madridlilərlə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan müqavilə öhdəliyi var. Onun qiyməti 110 milyon avrodur. Orelyenin də müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq. Fransızın qiyməti 100 milyondur.
Mirağa