Səudiyyə Ərəbistan millisinin baş məşqçisi Roberto Mançini postundan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, italiyalı mütəxəssisin istefa qərarı bu gün rəsmən açıqlanacaq. Cəmi bir il ərəbləri çalışdıran çalışdırıcı ilə anlaşma birtərəfli qaydada pozulduğu üçün ona 25-30 milyon avroluq təzminat alacaq.
Səudiyyə Ərəbistanı yığması Mançinin rəhbərliyi altında son beş matçda yalnız bir qələbə qazanıblar. Üstəlik, Bəhreynlə son oyunda (0:0) Mançini öz komandasının azarkeşlərinə “lənətə gələsən" deyə qışqırıb ki, bu da tərəfdarların kəskin etirazına səbəb olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı federasiyasının prezidenti də nəticələrin qəbulolunmaz olduğunu bildirib.
Mirağa