"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger növbəti iş yeri ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, infomasiyanı "Relevo" yayıb.
Xəbərə görə, Almaniya millisinin üzvü "Real"dan ayrılandan sonra Səudiyyə Ərəbistanına yollanacaq. Mənbə Rüdigerin cari mövsümün sonunda "Kral klubu"ndan getməyə cəhd etməyəcəyini, müqaviləsinin müddəti başa çatana qədər İspaniya nəhəngində qalacağını vurğulayıb.
Xatırladaq ki, rüdigerin "Real"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat