"Real Madrid"in zədəli müdafiəçisi Daniel Karvaxal Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sına qarşı ev oyununa hazırlaşan komandasının məşqini izləyib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti ilə birlikdə çalışmalara baxan ispan oyunçunun fotosu "Kral klubu"nun sosial şəbəkə hesablarında paylaşıb.
Fotoya şərh də əlavə olunub: "Karvaxal bərpa prosesinə başlayır":
Xatırladaq ki, xaçvari diz bağları qopan Danielin təxminən 1 il yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Nihat