Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda öz meydanında PSV ilə 1:1 hesablı heç-heçə edən PSJ-nin baş məşqçisi Luis Enrike bərbad göstəriciyə imza atıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin dönəmində Paris təmsilçisi 15 ÇL matçından 9-da qələbə qazana bilməyib.
Fransa nəhəngi qitənin ən mötəbər klub turnirində Enrikenin rəhbərliyi altında çıxdığı göüşlərin yalnız 6-da qələbəyə sevinib ki, bu da oyunların 40 faizi anlamındadır. Sözügedən çalışdırıcı Qətərin QSI fondu PSJ-ni alandan - 2011-ci ildən bəri klubun baş məşqçiləri arasında ən pis nəticə ilə yadda qalıb.
Xatırladaq ki, PSJ ÇL-in Liqa mərhələsinin əvvəlki 2 turunda "Jirona"nı 1:0 hesabı ilə yenibsə, "Arsenal"a uduzub - 0:2.
Nihat