Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda səfərdə "Barselona"ya 1:4 hesabı ilə məğlub olan "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani darmadağını şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Ən sadə təhlil göstərir ki, bu oyunda topa nəzarətdən istifadə etməliydik. Düzdür, qol vəziyyətlərimiz oldu, amma 90 dəqiqə üstünlüyü tərəfimizdə saxlaya bilmədik. Yekunda onlarda alındı, bizdə isə yox. Lazımi nəzarət olmadığına görə bizi cəzalandırdılar".
Nihat