Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda evdə "Bayern Münhen"i 4:1 hesabı ilə məğlub edən "Barselona"nın baş məşqçisi Hans-Diter Flik darmadağını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin sözlərini "Marca" belə çatdırıb:
"Bu, möhtəşəmdir. "Bayern" fantastik oyunçulara malik əla komandadır. Adam onların oyunlarını izləmək istəyir. Əlbəttə, belə matçlarda qələbə qazanırsansa, bayram etməlisən. Bu qələbə bizə "Real"a qarşı şənbə günü keçirəcəyimiz matç ərəfəsində özünəinam verir".
Nihat