"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Barselona"dan aldıqları məğlubiyyətdən sonra komandanın qapıçısı Manuel Noyerin tənqid olunmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern & Germany" belə çatdırıb:
"Uduzanda hamımız uduzuruq. Bu, yalnız Manunun günahı deyil. Məğlubiyyətdə hamımızın - bütün məşqçilərin və futbolçuların günahı var. Manu oyun üslubunu dəyişsə, bunu daha yaxşı olmaq üçün edəcək. Tənqid də futbolun bir hissəsidir".
Xatırladaq ki, 38 yaşlı Noyeri tənqid edənlərdən biri də almaniyalı dünya çempionu Lotar Matteus olub. O, sözügedən qolkiperin daha komandaya fayda verə bilmədiyini söyləyib.
Nihat