Almaniyada ölkə kubokunun 1/16 final mərhələsində sürpriz nəticə qeydə alınıb.
Fanat.Az xəbər verir ki, Dortmund “Borussiya”sı mübarizəni dayandırmalı olub.
"Arılar" səfərdə “Volfsburq”a əlavə vaxtda məğlub olub. Əsas vaxtda bir-birlərinə qol vura bilməyən komandalar əlavə vaxt oynayıblar və burada "Volfsburq" 117-ci dəqiqədə Conas Uindin dəqiq zərbəsi ilə qələbə qazanılıb.
"Volfsburq"un turnirin növbəti mərhələsindəki rəqibi daha sonra müəyyənləşəcək.