"Liverpul"un baş məşqçisi Arne Slot komandanın italiyalı vingeri Federiko Kyezanın aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Liverpool Echo" belə çatdırıb:
"Yanvarda icarəyə veriləcəkmi? Bu haqda heç düşünməmişəm. Hər şeydən öncə o, forma yığmalıdır. Sonrasına baxacağıq. Kyeza mövsümə "Liverpul"da hazırlaşmayıb, "Yuventus"da isə fərdi məşqlərlə kifayətlənib. Belə sürətli liqaya gəlmək heç bir oyunçu üçün sıradan iş deyil. Biz bilirdik ki, Federikonun formaya düşməsinin yolunu tapmalıyıq. Hələ bu yöndə hər şey ideal deyil. Elə buna görə də Kyezanı yükləmədən inkişaf etdirməyin yolunu tapmağa çalışırıq. Əminəm ki, alınacaq".
Xatırladaq ki, Kyeza hələ "qırmızılar"ın forması ilə rəsmi oyuna çıxmayıb.
Nihat