“Əl-Nəsr” klubu Səudiyyə Kubokunun 1/8 finalında “Əl-Taavun”a sensasiyalı şəkildə məğlub olub.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu Kriştianu Ronaldunun 90+6-cı dəqiqədə penaltini qaçırdığı qarşılaşma rəqibin 1:0 hesablı qaələbəsi ilə başa çatıb.
Beləliklə, Səudiyyə Ərəbistanı klubu 2023-cü ilin yanvarından, Ronaldunun transferindən sonra iştirak etdiyi 9-cu turnirdə də uğursuz çıxış edərək kuboksuz qalıb.
"Ən-Nəsr" bu müddətdə ölkə çempionatında iki dəfə ikinci yeri tutub, kubokda final, yarımfinal və 1/8 finalda məğlub olub. Həmçinin, Səudiyyə Ərəbistanı Superkubokunda üç məğlubiyyət, Asiya Çempionlar Liqasında bir fiasko (1/4 final) var.
Qeyd edək ki, Ronaldunun klubla qazandığı yeganə kubok Ərəb Çempionlar Liqasıdır. Lakin bu, rəsmi turnir deyil.
Portuqaliyalı ulduz bu mövsüm "Əl-Nəsr"də 9 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa