İtaliya çempionatında onuncu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, A Seriyasının ötən gün baş tutan görüşlərindən birində 21-ci əsrdə ilk dəfə yaşanan nəticə qeydə alınıb.
"Opta"-nın məlumatına görə, "Venesiya" ilk yarının gedişində hesabda 0:2 geri düşdüyü matçı əzmkar qələbə (3:2) ilə tamamlamaqla bunu reallaşdırıb. Belə ki, "Venesiya" 21-ci əsrdə ilk dəfə 2 topluq fərqlə uduzduğu matçda "kambək" edə bilib. Bu müddətdə komanda İtaliyanın yüksək liqasında 132 oyun keçirib.
"Venesiya" A Seriyasının növbəti turunda “İnter”lə qarşılaşacaq.
Mirağa