"Yuventus" klubu İtaliya A Seriyasının 10-cu turunda "Parma" ilə heç-heçə (2:2) oynayıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, turinlilər üçün bu, 2024-cü ildə A Seriyasında keçirilmiş 30 matçda 16-cı heç-heçə olub.
Mənbənin hesablamasına görə, "Yuventus"un tarixində yalnız bir dəfə təqvim ilində daha çox heç-heçə qeydə alınıb ki, bu da 1956-cı ildə olub. İtaliya nəhəngi həmin vaxt 17 heç-heçə edib.
Bu rekordu qırmaq üçün hələ bir az vaxt var. "Yuventus" ilin sonuna qədər daha 8 matç keçirəcək ki, bu da rekordun yenilənəcəyi, azı təkrarlanacağı ehtimalını qüvvətləndirir.
A Seriyasının növbəti turunda turinlilər səfərdə "Udineze" ilə qarşılaşacaq. Oyun şənbə günü, noyabrın 2-də baş tutacaq.
Mirağa